1 həftəyə 5 Avropa ölkəsini necə gəzmək olar? – QİYMƏTLƏR
04 AVQUST
1200

1 həftəyə 5 Avropa ölkəsini necə gəzmək olar? – QİYMƏTLƏR

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən biri olan “Way travel” 6 gecə 7 günlük Mərkəzi Avropaya tur təşkil edir. Səfər sentyabrın 18-dən 24-nə kimi davam edəcək. Tura Macarıstan, Çexiya, Almaniya və Polşa daxildir. Turizm şirkətindən Turizm.fins.az-a averilən məlumata görə sadalanan ölkələrin hər birində 1 gün qalmaq mümkün olacaq. Yalnız Almaniyada iki gün qonaqlama olacaq. Turun qiyməti 340 avrodur. Qiymətə 4 ulduzlu otellərdə gecələmə, tur proqrama uyğun olaraq nəqliyyat xidməti, qidalanma (səhər yeməyi), şəhər ekskursiyaları və bütün marşrutlar boyu bələdçi xidməti daxildir. 340 avroya aviabilet, viza rüsumu və bəzi muzeylərə giriş daxil deyil. Turla maraqlananlar 0125111019;0558881118 ; 0505856866 nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır