Şengen vizası almaq üçün lazım olan sənədlər – SİYAHI
07 AVQUST
2251

Şengen vizası almaq üçün lazım olan sənədlər – SİYAHI

Mövsüm ilə əlaqədər olaraq bir çox vətəndaşların xarici ölkələrə istirahət üçün üz tutduqlarını nəzərə alaraq Turizm.fins.az şengen vizasını əldə etmək üçün lazım olan sənədlərin siyahısnı təqdim edir.

1. 2 səhifəsi boş olan xarici passport +surəti

2. Tam şəkildə doldurulmuş ərizə forması

3. Son 3 il ərzində olan bütün şengen vizalarının surəti

4. Şəxsiyyət vəsiqəsinin surəti

5. Ağ fonda 3,5×4,5 ölçüdə 2 şəkil

6. İş yerindən arayış və ya təhsil aldığınız universitetdən arayış

7. Hesabın mövcudluğu haqqında arayış (minimal məbləğ - bir gün üçün 100 avro), hesabdan çıxarış (minimum 3 ay üçün) və kredit kartın surəti

8. Aviabiletlərin rezervasiyası

9. Otelin vauçeri

10. Tibbi sığorta

Məlumat üçün bildirək ki,şengen vizasının rüsumu 35 avrodur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır