Daha bir qeyri-adi otel işə başlayacaq
08 AVQUST
287

Daha bir qeyri-adi otel işə başlayacaq

Danimarkanın paytaxtı Kopenhagendə yük kranından otel kimi istifadə olunacaq. Mini otelə The Krane adı verilib. 15 metr yüksəklikdə olan kran kabinəsində iki nəfər qonaqlaya bilər. Nömrədə yataq otağından başqa cakuzili spa-zona var. Həmçinin oteldə görüşlər üçün şüşəli zal da var. Adı çəkilən mini oteldə bir gün qonaqlamaq 2900 dollardı. Hələ ki, otelin rəsmi açılış mərasimi keçirilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır