Azərbaycandan Türkmənistana loukosterlər uça bilər
08 AVQUST
816

Azərbaycandan Türkmənistana loukosterlər uça bilər

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Serdar Çolukovla görüşüb. Qeyd edək ki, görüş Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində reallaşıb.

Turizm.fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir müavini turizm sahəsində Azərbaycanda son illərdə görülən işlər haqqında Serdar Çolukova məlumat verib. O, həmçinin Türkmənistan və Azərbaycan arasında viza rejiminin qarşılıqlı sadələşdirilməsi, birbaşa loukost uçuşların təşviqi, Xəzər dənizi üzrə kruiz turizminin inkişafı və bərə vasitəsilə turizm axının intensivləşdirilməsi kimi istiqamətlər üzrə əməkdaşlığı davam etdirməyi təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır