Tiflisdə ən ucuz otellər və hostellər - QİYMƏTLƏR
10 AVQUST
2008

Tiflisdə ən ucuz otellər və hostellər - QİYMƏTLƏR

Yay mövsümündə azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamətlərdən biri də Gürcüstandır. Ölkə vətəndaşları bu ölkədə əsasən paytaxt Tiflis və ya Batumi şəhərinə üz tuturlar. Qeyd edək ki, Gürcüstana səfər edən azərbaycanlılar demək olar ki, turizm şirkətlərinin xidmətlərindən istifadə etmirlər. Elə bu səbəbdən də Turizm.fins.az Gürcüstana səfər hazırlaşanlar üçün bu ölkədə ən ucuz otel və hostellərin qiymətini öyrənməyə çalışıb.

Metekhi's Galavani Hotel

Otelin ulduz təsnifatı yoxdur. Mehmanxana şəhər mərkəzində Şota Rustavelli adına teatrın yaxınlığında yerləşir. Oteldə hostel kimi bir neçə nəfərin gecələməsi üçün olan otaqlar da var. Belə ki, 12 nəfərlik otaqda 1 nəfərin gecələməsi 12 manatdır. Qeyd edək ki, səhər yeməyi üçün əlavə 7 manat ödəmək lazım olacaq.

Sofia otel

Otel şəhər mərkəzində Müqəddəs Troiça sarayının yaxınlığında yerləşir. Bundan başqa otelin yaxınlığında Avlabari metro stansiyası yerləşir. Otel 2013-ci ildən fəaliyyət göstərir. Bir nəfərlik otaqda qonaqlama 50 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. Oteldə 3 nəfərlik otaqlar 118 manatdır.

Nine Hotel

3 ulduzlu otel Metaxi kilsəsinin yaxınlığında yerləşir. Həmçinin mehmanxananın yaxınlığında Avlabari metro stansiya yerləşir. Oteldə iki nəfərlik otaqda bir nəfərin qonaqlaması 60 manatdır. Qeyd edək ki, bu qiymətə səhər yeməyi daxil deyil.

Otel İmperial

Otel şəhər mərkəzində Azadlıq meydanın yaxınlığında yerləşir. Oteldə iki nəfərlik otaqda bir nəfərin gecələməsi 43 manatdır. Qeyd edək ki, bu qiymətə səhər yeməyi daxil deyil. Əlavə 3-5 manat ödəməklə səhər yeməyi sifariş etmək olar. Oteldə 3 nəfərlik otaqların qiyməti isə 71 manatdır.

Mkudro Hotel

Otel şəhər mərkəzindən bir qədər aralıda yerləşir. Lakin yaxınlıqda yerləşən avtobus dayanacağından 160 nömrəli marşrutla şəhər mərkəzinə getmək olar. Otelin qonaqları üçün kabab və barbuki hazırlamaq üçün şərait yaradılıb. Mehmanxanada iki nəfərlik otaqda 47 manat ödəməklə qonaqlamaq olar. Səhər yeməyi üçün isə əlavə 5 manat ödəmək lazım olacaq.

Qonaq evi Babiliana

Qonaq evi Azadlıq meydanından 200 metr aralıda yerləşir. Qonaq evinin restoranında şəhərə açılan mənzərəli yerdə gün ərzində qidlanmaq olar. Hər nömrənin ayrı vanna otağı var. Bir nəfərlik otaqda bir nəfərin gecələməsi 53 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

Green Panorama Hotel

Otel şəhərin mərkəzində yerləşir. 3 ulduzlu otelin yaxınlığında Azadlıq meydanı və Rustavelli adına teatr yerləşir. Bundan başqa PS3 həvəskarları üçün də pöulsuz oyunlar təklif olunur. Oteldə qonaqlmamaq üçün bir nəfərin qiyməti 91 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

Gürcüstan paytaxtında otellərdən başqa gecələyə biləcəyiniz yerlərdən biri də hostellərdi. Qeyd edək ki, Tiflis hostellərində qiymətlər müxtəlifdir. Qiymət fərqliliyi isə hostellərin təklif etdiyi şərait və xidmətdən asılı olaraq dəyişir. Tiflisdə əsasən hostellərin 10-11 manatdan başlayaraq 70-90 manat arasında dəyişir.

Taj Hostel

Hostel şəhərin mərkəzində yerləşir. Hostelin ərazisində pulsuz wifi var. 10 nəfərlik otaqda qonaqlamaq 7 manatdır. Həmçinin hosteldə yalnız qadınlar və kişilər üçün də ayrı -ayrı 10 nəfərlik otaqlar var. Bu otaqlarda da qonaqlama 7 manatdır.

Cone Hostel Tbilisi

Hostel şəhər mərkəzində yerləşir. Otaqlarda televizor fen və digər lazımı avadanlıqlar var. Hosteldə 8 nəfərlik otaqda qonaqlamaq 8 manatdır. Həmçinin hosteldə iki nəfərlik otaqlar da var. Bu otaqların qiyməti isə 50 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

Suzi Hostel

Hostel Tiflis opera balet teatrının yaxınlığında yerləşir. Burada 4 nəfərlik otaqda qonaqlama 11 manatdır. Həmçinin qadınlar və kişilər üçün ayrı-ayrı otaqlar da var ki, bu otaqların da qiyməti 11 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır