"Buta Airways" yeni istiqamətdə uçacaq
10 AVQUST
641

"Buta Airways" yeni istiqamətdə uçacaq

"Buta Airways" aşağı büdcəli aviaşirkəti sentyabr ayının 1-dən Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən Bakıya və əks istiqamətdə uçuşlar yerinə yetirəcək.

Turizm.fins.az xəbər verir ki, uçuşlar 106 yerlik “Embraer 190” hava gəmisi ilə  həftənin 2-ci, 3-cu, 5-ci və bazar günləri həyata keçiriləcək.. Kazandan Bakıya uçuşlar hər həftənin cümə çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. Bakıdan Kazana uçuşun müddəti 2,5 saat təşkil edəcək.

Qeyd edək ki, hazırda Kazan-Bakı istiqamətində uçuşlar “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır