Azərbaycan bu ölkə ilə vizaların ləğvi barədə saziş imzalayıb
18 AVQUST
1452

Azərbaycan bu ölkə ilə vizaların ləğvi barədə saziş imzalayıb

Azərbaycan və Boliviya diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalayıb.

Turizm.fins.az xəbər verir ki, Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Boliviya XİN başçısı Fernando Uanakuni Mamani imzalayıblar.

Görüşdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq arenada ölkələrin müxtəlif məsələlər üzrə mövqelərinin sinxronlaşdırılması, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır