Ruslara ABŞ-a vizanı gürcülər verəcək
25 AVQUST
961

Ruslara ABŞ-a vizanı gürcülər verəcək

Gürcüstanın Sky Travel turizm şirkəti ABŞ-a viza almaq istəyən rusiyalı müştərilərini Tiflisə dəvət edir. Şirkət ABŞ viza alınmasını təşkil edir.

Məlumata görə turizm şirkəti Tiflisdəki ABŞ səfirliyi ilə əlaqə saxlayaraq müştərinin anketini səfirliyə yollayır,  görüş tarixini müəyyənləşdirir və konsulluqun rüsumunu ödəyir. Bundan sonra müştəri təyin olunmuş vaxtda Tiflisə gəlməlidir.

Xatırladaq ki, avqustun 23-dən ABŞ Rusiya ərazisində viza verilməsini dayandırıb. Viza verilməsinin yenidən sentyabr-ın 1-dən etibarən yalnız Moskvada bərpa ediləcək. ABŞ rəsmiləri bunu Rusiyanın bu ölkədə fəaliyyət göstərən ABŞ-ın diplomatik missisiyasının sayını azaltması ilə əlaqələndirirlər. ABŞ -ın Rusiyada yerləşən səfirliyindən Rusiya vətəndaşlarının viza almaq üçün qonşu ölkələrə müraciət etməsi tövsiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır