Bu şəhərə gedən azərbaycanlıların sayı artıb - STATİSTİKA
25 AVQUST
1083

Bu şəhərə gedən azərbaycanlıların sayı artıb - STATİSTİKA

Bu ilin 6 ayı ərzində İstanbula səyahət edən azərbaycanlı turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 10,9% və ya 11 317 nəfər artaraq 115 010-a çatıb. Turizm.fins.az İstanbul Mədəniyyət və Turizm İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, İstanbulu ən çox ziyarət edən turistlər arasında Azərbaycan 13-cü pillədə yer alıb. İlk sıranı 539 min ziyarətçi ilə Almaniya, ikinci yeri 427 min turistlə İran, üçüncü yeri 294 min nəfərlə Səudiyyə Ərəbistanından olan turistlər tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır