Bu istirahət məkanına gedənlərin nəzərinə - SARDİNİYA
28 AVQUST
437

Bu istirahət məkanına gedənlərin nəzərinə - SARDİNİYA

Yəqinki onlar bilsəydilər bunu etməzdilər. Belə ki, İtaliyada 4 nəfər turist 4 min avro cərimələniblər. Səbəb isə nə qədər gülməli olsa da bu olub. Turizm.fins.az The Sun dərgisinə istinadən xəbər verir ki, sən demə İtaliaynın istirahət mərkəzi sayılan Sardiniya adasında dəniz qumunu götürmək olmaz. Hansı ölkədən olduqları məlum olmayan 4 nəfər turist istirahət zamanı xatirə olaraq dəniz sahilində çimərlikdən dəniz qumu götürüblər.

Yeni qanun Sardiniyada bu ilin avqustun əvvəlində qəbul olunub. Qanunun qəbul edilməsinə səbəb isə yerli əhalinin turistlər tərəfindən Sardiniya çimərliklərinin korlanmasıdır. Yerli əhali turistlərin onların çimərliklərini zibilliklərini iddia edir. Məhz bundan sonra bir neçə bu cür qanunlar qəbub olunub. Qeyd edək ki, dəniz qumum götürülməsinə maksimum cərimə adambaşına 3 min avrodur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır