Azərbaycanlılar Türkiyədə ən çox bu məkanlara gedir
29 AVQUST
1363

Azərbaycanlılar Türkiyədə ən çox bu məkanlara gedir

Azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamətlərdən biri hətta birinci Türkiyədir. Bəs görəsən azərbaycanlı turistlər Türkiyədə ən çox hara səfər edirlər. Turizm şirkətinin meneceri Sənan Qasımov Turizm.fins.az – a açıqlamasında  Türkiyənin istər tarixi, istər turistik məkanları və təbiəti ilə yerli turistlər tərəfindən ziyarət edilən ölkələr sırasında digər ölkələri qabaqladığını qeyd etdi. O hazırda Türkiyənin müxtəlif istiqamətlərinə səfərlər edilir, lakin yay mövsümü ilə əlaqədar olaraq turistlərin əsas səfərləri Antalya, Bodrum, Kuşadası istiqamətlərinədir. Bura gedən səyahətçilər raftinq, paraşüt, yaxta, diving kimi bir sıra əyləncəvi turlara qoşulmaqdadırlar.

Sənan Qasımov həmçinin yerli və xarici turistlərin səfərləri sırasında bir sıra məkanlar da yer aldığını bildirdi. Bunlara İstanbul daxil olmaqla İzmir, Bursa, Denizli, Muğla, Nevşehiri qeyd etmək olar. Əsasən qış turizminin inkişaf etdiyi Uludağ, Türkiyənin ən böyük qış və təbiət idman mərkəzidir, Marmara bölgəsinin ən yüksək dağıdır.

İzmir - İldə təxminən 1,5 milyon turist tərəfindən ziyarət edilən Efes; Artemis Tapınağı, Celsus Kitabxanası, Məryəm Ana Evi, Əshab-i Kəhf və İsa bəy məscidi kimi tarixi əsərlərə malikdir və bir çox miflərin mövzusu olmuşdur.

Denizli – Pamukkale. UNESCO tərəfindən təyin olunmuş Dünya İrs Siyahısında yer almaqdadır.

Pamukkale terasları, traverten su ilə məskunlaşmış bir çöküntü qayalıqdan ibarətdir. Bu bölgədə 35 ° C-dən 100 ° C-ə qədər temperaturda 17 isti su qaynağı vardır.

Muğla – Ölüdeniz. Muğlanın Fethiye bölgəsi cənnətə bənzədilir. Burada olan Ölüdəniz 2006-cı ildə dünyanın ən gözəl çimərliyini seçilmişdir.

Nevşehir – Kapadokya. Bölgə 60 milyon il bundan əvvəl Erciyes, Hasandağı və Güllüdağ'ın püskütdüyü lavanın yumşaq təbəqələrinin yağış və küləyin təsiri ilə milyonlarla ilə aşınması ilə meydana gələn bir məkandır. Bu gün Türkiyədə region turizmi baxımından bura böyük bir perspektivə sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır