"Çelsi"-"Qarabağ" oyununa getmək istəyənlər üçün viza asanlaşdırılıb
29 AVQUST
427

"Çelsi"-"Qarabağ" oyununa getmək istəyənlər üçün viza asanlaşdırılıb

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi"-"Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib. Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə  Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır