"Qarabağ"ın "Çelsi" ilə oyununa ən ucuz tur və oyun bileti - QİYMƏTLƏR
29 AVQUST
8524

"Qarabağ"ın "Çelsi" ilə oyununa ən ucuz tur və oyun bileti - QİYMƏTLƏR

Bildiyimiz kimi Çempionlar Liqasının oyunlarına az bir müddət qalib. Bu oyunları, azərbaycanlılar üçün daha da həyacanlı və maraqlı edən ölkə təmsilçimiz Qarabağın da bu yarışda iştirak etməsdir. Qarabağın qarşılaşacağı ilk rəqibi isə İngiltərinin Çelsi futbol klubu olacaq. Oyun 12 sentyabrda Londonun Stamford Bridge stadionunda baş tutacaq. Bunu nəzərə alaraq Turizm.fins.az qarşılaşmanın keçiriləcəyi ərəfələrdə Londona səfərin qiymətini və oyuna olan bilet qiymətlərini öyrənib. Qeyd edək ki,məsələ ilə bağlı sorğu bir çox turizm şirkətlərinə göndərilib. Lakin operativliyi ilə sadəcə bir neçə turizm şirkəti fərqlənib.

Turizm şirkətinin adı

Otel qiyməti

Aviabilet qiyməti

Way Travel

 

Apollo otel +səhər yeməyi- 636 manat

Azalla birbaşa gediş-gəliş 1097 manat

Tranzitlə qayıdış 960 manat

Online Travel

Britannia Inn Hotel- şəhərin mərkəzində + səhər yeməyi 280 manat

Queens Drive Hotel+ səhər yeməyi 333 manat

Birbaşa reys gediş-gəliş 1092 manat

Atlas Travel

La-Rezerv hotel – 1000 manat+səhər yeməyi

Aviabilet – gediş-gəliş birbaşa 1092 manat

Khazar Travel and Tourism

Strand Palace 448manat;Double Tree Hilton -238 manat;Nov Hotel – 366 manat+səhər yeməyi

Aviabilet gediş-gəliş – 1192 manat

İntravel.Az

Otel 1075 manat səhər yeməyi daxil deyil

1121 manat gediş-gəliş birbaşa Azal ilə

Turizm.Az

The Royal National Hotel -1446 manat

The Fairvay Hotel- 1674 manat

The İmperial Hotel – 1480 manat+səhər yeməyi

 

Aviabilet birbaşa 1076 manat

Travelhouse

St Christophers İnn Hammersmith 260 manat

Birbaşa aviareys Azal ilə 1087 manat

Air travel

Otel – 1222 manat+səhər yeməyi

Aviabilet 1092 manat

Məlumat üçün bildirək ki, qiymətlərə viza rüsumu daxil edilməyib. Göstərilən məbləğlərə sentyabrn 8-dən 14-nə kimi Londonda yalnız 3 ulduzlu otellərdə qonaqlamaq, aviabilet əsas götürülüb. Oyunun keçiriləcəyi Stamford Bridge stadionunda bilet qiymətlərinə gəlincə isə bu biletləri online olaraq 99.36 avrodan(196 manat) başlayan qiymətlərlə əldə etmək olar. Qarabağın Çelsi ilə qarşılaşmasına təklif edilən ən bahalı yerin qiyməti isə 1 473,43 avrodur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır