Xaricdə bu sanatoriyalarda hər il 30 mindən çox azərbaycanlı istirahət edir
31 AVQUST
618

Xaricdə bu sanatoriyalarda hər il 30 mindən çox azərbaycanlı istirahət edir

Hər il Rusiyanın Mineralnıye Vodı sanatoriyalarında 30 mindən çox azərbaycanlı istirahət edir". Turizm.fins.az APA-a istinadən xəbər verir ki, bu barədə Stavropol vilayəti hökumətinin sədr müavini Andrey Murqa bildirib."Şübhəsiz ki, bu rəqəm durmadan artacaq", - deyə A. Murqa qeyd edib. Hökumət rəsmisi deyib ki, azərbaycanlı investorların vilayət iqtisadiyyatına marağı yuxarıda qeyd edilən amildən qaynaqlanır: "Lakin bizim əməkdaşlığımız sanitar-kurort biznesi ilə yekunlaşmır. Belə ki, biz Bakıya səfərimiz çərçivəsində "Azersun Holding" MMC-nin menecmenti ilə görüşdük və onların texnologiyaları ilə tanış olduq. Onların çox gözəl istixana kompleksləri var və holdinq öz məhsullarının 90%-ini Rusiyaya ixrac edir. Bu səbəbdən biz vilayət ərazisində "Azersun Holding"in istehsal sahəsinin yaradılmasını müzakirə etdik. Onlar hazırda bu sahənin axtarışı ilə məşğuldur. Bununla yanaşı, biz müqavilənin şərtləri ətrafında da danışıqlar aparırıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır