“Buta Airways” aviaşirkəti üç istiqamətdə uçuşlarla fəaliyyətə başlayıb
05 SENTYABR
868

“Buta Airways” aviaşirkəti üç istiqamətdə uçuşlarla fəaliyyətə başlayıb

Azərbaycanda ilk aşağı büdcəli aviaşirkət - “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan “Buta Airways” aviaşirkəti üç istiqamətdə - Tbilisi, Moskva və Antalya istiqamətlərində uçuşlarla fəaliyyətə başlayıb. Əvvəlcədən planlaşdırıldığı kimi, sentyabrın 1-də aviaşirkət Tbilisiyə ilk kommersiya reysini avqustun 25-də Braziliyadan Bakıya gətirilmiş, 106 sərnişin tutan yeni “Embraer 190” təyyarəsi ilə həyata keçirilib. Turizm.fins.az xəbər verir ki,  Həmçinin o da bildirilib ki,ilk mərhələdə, yəni qış cədvəlinə keçənə (oktyabrın 29-na) qədər Tbilisiyə həftədə 4 reys həyata keçiriləcək, qış cədvəli dövründə isə reyslərin sayı artırılaraq 10-a çatdırılacaq”.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır