İstirahət mərkəzində yanğın, turistlər evakuasiya edilib - AZƏRBAYCANDA
05 SENTYABR
1716

İstirahət mərkəzində yanğın, turistlər evakuasiya edilib - AZƏRBAYCANDA

Tovuz rayonunda yerləşən istirahət mərkəzində yanğın hadisəsi olub. Hadisə rayonun Şamlı kəndi ərazisində yerləşən "Narzan" ailəvi istirahət mərkəzində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və əməkdaşları cəlb olunub. İlkin məlumata görə, istirahət mərkəzində 200 kvadratmetr ərazidə yerləşən 8 otaq və kafe yanıb.  Hadisə zamanı istirahətdə olan turistlər və istirahət mərkəzinin işçiləri evakuasiya edilib. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır