Bu ölkədə turist polisi yaradılacaq
06 SENTYABR
345

Bu ölkədə turist polisi yaradılacaq

Ukraynanın turistlər tərəfindən daha çox səfər edilən şəhərlərində turizm polisi yaradılması təklif olunur. Bu şəhərlər  Odessa, Lvov və Kiyevdi. Turizm.fins.az Ukrayna mediasına istinadən xəbər verir ki,bu barədə Odessa vilayətinin Milli Polis Baş İdarəsinin rəisi Dmitriy Qolovin məlumat açıqlayıb. Layihəyə əsasən, turist polislərinin mayın 1-dən sentyabrın 15-dək fəaliyyəti nəzərdə tutulur.

“Turist polisləri maksimum texniki vasitələrlə təchiz etmək planlaşdırılır. Bu polislər kurort sahələrindəki cinayətlərin aradan qaldırılması, bu şəhərlərin turistlər üçün cəlbediciliyini artırmaq, turizm sənayesinə investisiyaların artırılması və digər bu kimi məsələlərə kömək edəcək", deyə - Qolovin bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır