Bu ölkədə turistlər üçün səma gəzintisi keçiriləcək
06 SENTYABR
261

Bu ölkədə turistlər üçün səma gəzintisi keçiriləcək

Daim müasir yenilikləri ilə seçilən BƏƏ – yi bu dəfə də daha bir fərqliliyi imza atıb. Belə ki, tezliklə bu ölkənin Dubay şəhərində turistlər üçün səma gəzintisi atraksionu hazırlanacaq. Sky Walk adını alan atraksion 200 metr yüksəklikdə yerləşir. 45 metr uzunluqda olan bu yolu turistlər xususi ehtiyat kəmərləri ilə ilə gəzə bilərlər. Ekstrim həvəskarları üçün hazırlanan bu yol  Address Sky View göydələnənlərində quraşdırılacaq. Qeyd edək ki bu göydələndə həmçinin dünyanın ən məşhur 70 metr uzunluğu olan hovuzu yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır