"Buta Airways" Kiyevdən Bakıya ilk uçuşunu yerinə yetirib
06 SENTYABR
467

"Buta Airways" Kiyevdən Bakıya ilk uçuşunu yerinə yetirib

Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti - "Buta Airways" Kiyev-Bakı istiqamətində ilk reysini yerinə yetirib. 

Turizm.fins.az-ın verdiyi məlumata görə, təyyarə Azərbaycan paytaxtına Julyani beynəlxalq hava limanından yola düşüb.

Hələlik bu istiqamətdə uçuşlar həftədə 2 dəfə - çərşənbə axşamı və çərşənbə günləri yerinə yetiriləcək. Yaxın gələcəkdə Kiyev-Bakı avaireysi həftənin şənbə günləri, tədricən isə hər gün həyata keçiriləcək. Biletin qiyməti bir istiqamət üzrə 800 qrivna (təxminən 53 manat) təşkil edir. Uçuşlar "Embraer 190" təyyarəsi ilə həyata keçirilir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır