Azərbaycan Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyasında təmsil olunacaq
06 SENTYABR
166

Azərbaycan Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyasında təmsil olunacaq

Sentyabrın 11-dən 16-dək Çinin Çendu şəhərində Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyası keçiriləcək.

Turizm.fins.az xəbər verir ki, mindən çox nümayəndəni əhatə edəcək sessiyada Dayanıqlı İnkişafın Məqsədlərinə turizmin töhfəsini necə artırmaq məsələləri müzakirə olunacaq, təşkilatın 2018-2019-cu illərdə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.

Sessiyanın gündəliyinə turizm və Dayanıqlı İnkişaf Məqsədləri üzrə debatların keçirilməsi, intellektual turizmə dair xüsusi sessiya, DTT-nin Turizm üzrə Qlobal Kodeksini beynəlxalq konvensiyaya çevirmək, turizm sektorunda cari tendensiyalar və digər məsələlərin müzakirəsi daxil edilib. Assambleyada, həmçinin DTT-nin növbəti illər üçün fəaliyyət istiqaməti və əsas prioritetləri müzakirə olunacaq.

Sessiya iştirakçılarının siyahısında Azərbaycan nümayəndə heyəti də göstərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır