Həftəsonunu harada və neçəyə keçirmək olar? – QİYMƏTLƏR
08 SENTYABR
356

Həftəsonunu harada və neçəyə keçirmək olar? – QİYMƏTLƏR

Artıq yay mövsümü başa çatıb. Əsasən yayda məzuniyyət götürərək səfərə çıxan insanlar indi demək olar ki bu şansdan yararlana bilməyəcək. Nəzərə də alsaq ki qarşıdan soyuq qız gələcək onda hələ ki şənbə və bazar günlərindən yararlanıb mühiti dəyişmək olar. Bəs sərfəli qiymətə harada və necə itirahət etmək ola? Turizm.fins.az bu suala cavab tapıb. Belə ki həftəsonu paytaxtda müxtəlif tədbirlərlə yanaşı turizm şirkətləri bölgələrə bir günlük turlar təşkil edir. Turizm.fins.az turları təqdim edir.

Online travel

Həftəsonu Online travel turizm şirkəti aşağıda adları sadalanan istiqamətlərə bir günlük turlar təşkil edəcək.

Quba Qusar Laza - 23 manat

Şəki-Qəbələ turu - 23 manat

Lahıc turu - 22 manat

Qəbələ - 21 manat

Göstərilən qiymətlərə nəqliyyat səhər yeməyi çay süfrəsi və limitsiz fotosessiya daxildir.

Həmçinin həftəsonu digər bir turizm şirkəti Way travel də bölgələrə bir günlük tur təşkil edir. İstiqamətlər aşağıdakılardı. Məlumat üçün bildirək ki, turlar 10 sentyabrda baş tutacaq.

Way travel

10 sentyabr – Oğuz-Qəbələ-turu- 24 manat

10 sentyabr - Quba turu- 21 manat

10 sentyabr - Lahıc turu- 22 manat

10 sentyabr – Qəbələ turu – 22 manat

10 sentyabr – Şəki-Oğuz turu – 25 manat

10 sentyabr - Oguz-Qəbələ turu- 24 manat

10 sentyabr - Qusar-Laza- 24 manat

10 sentyabr - Quba turu- 21 manat

10 sentyabr – Qəbələ turu – 22 manat

Həftəsonunu uzaq məsafəyə getmək istəməyənlər isə paytaxt restoranlarının təklif etdiyi güzəştli qiymətlərindən faydala bilərlər. Turizm.fins.az müştərilərinə xüsusi endirim təklif edən bir neçə restoranı təqdim edir.

Zone Bar&Grill

Zone Bar&Grill hər həftənin bazar günləri xanım müştərilər üçün pulsuz qəlyan təqdim edir. Bundan başqa adı çəkilən istirahət məkanında hər həftənin şənbə günləri 17.99 manat ödəməklə limitsiz sayda suşi yemək olar.

M'EAT

M'EAT restoranında həftənin bazar günləri xüsusi kampaniya keçirilir. Belə ki bir burger alana ikinci burger pulsuz veilir. Burgerlərin qiymətinə gəlincə isə məbləğ 15-18-20 manat arasında dəyişir.

Salsa Fusion Party

Latın Amerika rəqslərindən ibarət party sentyabr-10 da Decanter Restaurant-da keçiriləcək. Tədbirə giriş pulsuzdur. Party-də Salsa Bachata Kizomba rəqsləri nümayiş olunacaq. Tədbir 18:00-dan 23:00 kimi davam edəcək.

BMW festival

Maşın həvəskarları sentyabr 10-da Bakı Olimpiya stadionunda keçiriləcək BMW festivala qatıla bilər. Festivalda müxtəlif illərdə istehsal olunmuş avtomobillər nümayiş olunacaq. Məlumat üçün bildirək ki, festivala avtomobillə giriş 20 manat maşınsız giriş isə pulsuzdur. 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır