Qasırğası Bakı - Nyu-York aviareyslərinə təsir edib ? - AÇIQLAMA
11 SENTYABR
283

Qasırğası Bakı - Nyu-York aviareyslərinə təsir edib ? - AÇIQLAMA

ABŞ-da avqust ayından müşahidə edilən güclü "İrma" qasırğası Bakı -Nyu-York birbaşa marşrutu üzrə aviareyslərin yerinə yetiriməsinə təsir etməyib. Bunu açıqlamasında (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib."AZAL Nyu-York ştatına reyslər yerinə yetirir və qasırğa uçuşlara heç bir təsir göstərməyib", - deyə o bildirib.

Qeyd edək ki, "İrma" son 100 ildə Atlantik okeanında ən güclü qasırğa kimi qiymətləndirilir. Qasırğa hazırda Florida istiqamətində hərəkət edir. Yerli hakimiyyət 5,6 mln. əhaliyə təxliyyə olunmaq barədə göstəriş verib. Qasırğa özü ilə güclü leysan və 250 km/saat əsən güclü külək gətirir.

Beşinci kateqoriyalı qasırğa Kubaya güclü zərər vurub. Adanın əksər rayonlarında elektrik enerjisinin verilişi kəsilib, telefon rabitəsində fasilələr müşahidə edilir.

Son məlumatara görə, qasırğa 21 nəfərin ölümünə səbəb olub. Qırmızı Xaç Beynəlxalq Komitəsinin məlumatına görə, Karib adasının yarım milyondan artıq sakini qasırğa nəticəsində ziyanla üzləşib. Daha 26 mln. nəfər isə təhlükə ilə qarşı-qarşıyadır.

Qasırğa Barbuda adasında demək olar ki, bütün binaları yerlə-yeksan edib, Puerto-Riko adasının sakinlərini işıqsız qoyub. Habelə Britaniyanın Vircinya adaları, Sen-Marten, Sen-Bartelemi, Sent-Kits və Nevisdə böyük dağıntılara səbəb olub. Bu adalarda infrastrukturun 95%-i dağılıb.

Qeyd edək ki, ABŞ-ın Qasırğalar Milli Mərkəzinin məlumatına görə, "İrma" qasırğasından sonra Karib hövzəsinə "Xose" qasırğası yaxınlaşır. "İrma" qasırğasından qərb istiqamətində, Meksika körfəzinin üzərində "Katya" fırtınası güclənib və qasırğa səviyyəsinə çatıb. Meksika ştatının hakimiyyət nümayəndələri əhalini tədbirlər görməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır