Rixos Quba-da istirahət neçəyədir - QİYMƏTLƏR
11 SENTYABR
6331

Rixos Quba-da istirahət neçəyədir - QİYMƏTLƏR

Ölkəmizdə xüsusi turizm çəkisinə malik olan istirahət məkanlarından biri Qubada yerləşən Rixos Quba oteldi. İstirahət mərkəzinin  ümumi ərazisi  946 565 м2-di. Burada qolf meydançası, dağ-xizək kompleksi, bir-birindən fərli otaqlar, restoran, açıq və qapalı hovuz, fitnes zal və spa salon var. Otel Quba mərkəzindən 7 kilometr  Bakıdan  isə 171 kilometr aralıda yerləşir.

Otaq sayı və qiymətlər

Mehmanxanada 212 otaq var. Bu saya həmçinin suit və villalar da daxildir. Otaqlardan dağa, meşəyə və gölə mənzərə açılır.  

Həftəiçi standart otaqların qiyməti 150-170 manat təşkil edir. Bu qiymətə səhər yeməyi, kanat yolundan istifadə, spa və fitnes zalından istifadə daxildir.

Junior suit otaqlara gəlincə bu otaqlarda istirahət 190 manatdır. Bu qiymətə də səhər yeməyi, kanat yolundan istifadə, spa və fitnes zalından istifadə daxildir. Məlumat üçün bildirək ki, həftəsonu otaqların qiymətində 20 manat əlavə ödəniş olmalıdır.

Qurmanlar üçün

Müxtəlif istirahət növlərindən başqa əksər xalqların mətbəxlərinə aid yeməklər də bura da  qonaqlara təklif olunur. Otel ərazisində 4 restoran var. Bunlar Mozaik, Le Coquet Restaurant, The Challete Steak, House La Patisserie adlı bir-birindən fərqli çeşidlər təqdim edən restoranlar var. Bundan başqa Rixos Lounge, Diamond X club, Dads and Songs Cigar Bar, Rehab Pool Bar, Sheesha House İxir, Bar Surrender Game Bar, Touch Bar, Orchid Bar  var. Hər bir bar özünə məxsusluğu ilə seçilir.

Rixy Club – uşaqlar üçün

Rixos böyüklərlə yanaşı uşaqları da diqqətdən kənar qoymayıb. Belə ki, oteldə uşaqlar Rixy Club uşaq əyləncə mərkəzi də fəaliyyət göstərir. Bu kluba üzv olan uşaqlara xüsusi üzvlük  kartları verilir. Həmçinin uşaqlar üçün oteldə istifadə etmək üçün  özəl pasportlar təqdim olunur. Bundan başqa nömrələrdə uşaqlar üçün yalnız uşaq kanallarını göstərən tv təqdim olunur. Ən əsası validenylər üçün uşaqları nəzarətdə saxlamaq üçün video nəzarət təklif olunur. Həmçinin uşaqlar üçün müxtəlif əyləncəli şou proqramlar və konsertlər təşkil olunur.

İdman və spa xidmətlər

Otelin ərazisində futbol, basketbol, tennis və s idman meydançaları var. Bundan başqa müştərilər dağ-xizək kompleksindən istifadə və pulsuz kanat ilə gəzinti təklif olunur. Spa xidmətləri də otelin müştərilərinə pulsuz təklif olunur. Yalnız masajlar üçün əlavə ödəniş etmək lazım olacaq. 1 saat masaj 70 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır