Titanik yenidən qayıdır
14 SENTYABR
252

Titanik yenidən qayıdır

Şimali İrlandiyada Belfast şəhərində Harland & Wolff binasında Titanik adlı otel işə başlayıb. Turizm.fins.az Daily Mail-ə istinadən xəbər verir ki məhz 1900-cu ildə Titanik gəmisinin eskizləri bu binada çəkilib. Binanın təmirinə iki lazım olub. Təmirə xərclənən məbləğ isə 37 milyon dollar təşkil edib. Binanın 4 mərtəbəsində müxtəlif sinfə məxsus 120 nömrə var. Mühəndislərin gəmininin eskizlərini çəkdiyi otaqda konfrans zalı və bar yerləşir.

Xatırladaq ki məşhur Titanik gəmisi 1912-ci ildə ilk reysi zamanaı ayzberqlə toqquşub. Həmin vaxt gəmidə 2 min sərnişin olub və onların əksəriyyəti hadisə zamanı həyatını itirib.

2016-cı ilin sonlarına yaxın Çinə məxsus Seven Star Energy Investment Group şirkəti eynilə Titanik gəmisinin oxşarını yaradacağını bildirib. Gəminin tikintisinin 2017-ci ilin sonlarına başa çatacağı bildirilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır