Payızda gözəlliyi ilə seçilən yerlər – FOTO
15 SENTYABR
344

Payızda gözəlliyi ilə seçilən yerlər – FOTO

Artıq yay mövsümü başa çatıb . Amma bu o demək deyil ki, payızda insanlar səfərə çıxmırlar. Bu mövsümdə də turist kimi mütəlif ölkərə səfər etməyin öz gözəlliyi var. Elə Böyük Britaniyadan olan turizm sektorunun nümayəndələri də bu fikirdədir. Turizm.fins.az The Telegraph dərgisnə istinadən payız mövsümündə özəlliyinə görə səfər ediləcək ən yaxşı məkanları təqdim edir.

Abş-da Virciniya şəhərindən 600 kilometr aralıda yerləşən Blue Ridge Parkway parkı payızda mənzərəsinə görə seçilən yerlərdən hesab olunur. Noyabrda bu parkın xüsusi göz oxşayan mənzərəsi olur. Ağacların müxtəlif al-əlvan rənglərə boyanması bura gələnlərə xüsusi təəssürat bağışlayır.

Digər bir payızda öz özəlliyi ilə seçilən yerlər Yaponiyanın Tokio və Kioto şəhərləridir. Payız bu şəhərlərdə xüsusi diqqət çəkən olur. Yaponiyada bu mənzərəyə və ya hadisəyə koyo deyilir. Koyo payızda yarpaqların tökülməsinə deyilir. Bu proses sentyabr ortalarından dekabrn ortalarına kimi davam edir.

Böyük Britaniyanın dendrari parkı olan Westonbirt-di. Payızda bu park başdan- başa sarı rəngə boyanır.

İsveçin Dlarna əyaləti də payızda öz gözəlliyi ilə seçilən yerlədən hesab olunur.

Payız bir qədər gec İtaliyanın Umbriya əyalətinə gəlir. Payız bura noyabrda qədəm qoyur. Bu yerlərin özəlliyi isə payızla üzüm bağlarının vəhdətindən yaranan gözəllikdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır