Toşihiro Katagari: Sizdə olan bu göldən cəmi 8 ölkədə var – EKSKLUSİV
20 SENTYABR
1647

Toşihiro Katagari: Sizdə olan bu göldən cəmi 8 ölkədə var – EKSKLUSİV

Yaponiyanın Azərbaycandakı səfirliyinin Attaşesi Toşihiro Katagari Turizm.fins.az Azərbaycan turizmi haqqında eksklusiv müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.

Azərbaycan Yapon turistləri necə cəlb edə bilər?

Toşihiro Katagari: İki ölkə arasında turizm tendensiyası artıq bir neçə illərdi ki, var.  10 il əvvəl Yaponiyadan çox az sayda turist Azərbaycana gəlirdi. Ancaq son illər Yaponiyadan hər il Azərbaycana 3200 turist gəlir. Bu Yaponiyadan Azərbaycana  10 il bundan qabaq gələn turistlərlə müqayisədə 3 dəfə çoxdur.

İki ölkə arasında birbaşa aviareyslərin açılacağı bildirilir. Hətta Yaponiyanın “Nikkey” qəzeti də iki ölkə arasında açılacaq sərnişin aviareyslərindən məlumat dərc edib.  Bilmək istərdik ki, ölkər arasında birbaşa aviareyslər nə vaxt reallaşa bilər?

Toşihiro Katagari:  Hazırda iki ölkə arasında aviareyslərlə yüklər daşınır. Bunu da Azərbaycan şirkətlərindən biri həyata keçirir. Ancaq son zamanlar məlumat yayılıb ki, iki ökə arasında birbaşa sərnişin reysi açılacaq amma bu hələ danışıqlardı dəqiq bu barədə heçnə deyə bilmərəm. Hələ ki, bu məsələ üzrə danışıqlar aparılır.

Yaponiyalı turistlər daha çox nəyi sevir ?

Toşihiro Katagari: Yaponiyalı turistlər daha çox yeməkləri və eqzotikanı sevirlər.

Ölkəmizin turizmi haqqında nə deyə bilərsiz?

Toşihiro Katagari:  Bəli mən fikirləşirəm ki Azərbaycanın potensialı olduqca böyükdür. Amma mən hesab edirəm ki, azərbaycanlılar özləri bu potensialdan xəbərsizdilər. Misal üçün bizim üçün hər yerdə eqzotika var.

Misal üçün Bakı kənarında Pink Lake (Çəhrayı göl) adlı yer var. Bu sizin üçün heçnədi maraqsızdı. Çünki siz bunu görməyə alışmısız. Lakin əcnəbilər üçün bu çox maraqlı yerdi. Hesab edirəm ki, hər il məhz bu gölə tamaşa etməyə xaricdən minlərlə turist gələ bilər.

Məlumat üçün bildirək ki,Toşihiro Katagari-nin adını çəkdiyi göl Azərbaycanda daxil olmaqla cəmi 9 ölkədə var.

Bundan başqa sizdə palçıq vulkanı var. Burada turism üçün böyük potensial var. Amma bu yerlər üçün konkret marşrut yoxdu ki, ora necə getmək olar. Məncə bu yerlərə xüsusi turistlər üçün marşrutlar açmaq olardı. Bu əlavə bir neçə min turisti cəlb etmək olardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır