Qubaya ən çox hansı turistlər gəlir? - STATİSTİKA
21 SENTYABR
345

Qubaya ən çox hansı turistlər gəlir? - STATİSTİKA

Yayda ölkəmizin turistlər tərəfindən səfər edilən bölgələrindən biri də şimal bölgəsidir. Quba Turizm və İnformasiya mərkəzindən Turizm.fins.az-a verilən məlumata görə bu ilin yanvar-iyul ayları ərzində Qubaya ümumilikdə 65 min turist gəlib. 6 ay ərzində Qubaya gələn turistlərin 15 minə qədəri əcnəbi qalanları isə yerli turistlər olub. Avqust ayında isə ümumilikdə 17315 turist gəlib. Avqustda Qubaya gələn turistlərin 3133 əcnəbi turistlər olub. Qubaya gələn turistlərin əksəriyyəti, 95%-İ əyləncə və istirahət məqsədi ilə  bu bölgəyə üz tutub. Digər 5% isə digər məqsədlərlər Qubaya gələn turistlər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır