Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb
25 SENTYABR
408

Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Turizm.fins.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib.

Fərmanla KXDR, Venesuela və Çad vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub. Sudanın adı yeni siyahıdan çıxarılıb. Yeni fərmanda adıçəkilən üç ölkə ilə yanaşı İran, Liviya, Somali, Suriya və Yəmən  yer alır. Oktyabrın 18-dən etibarən qüvvəyə minən fərmanın müddətsiz olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır