“Şahdağ” Turizm Mərkəzində yay mövsümü bağlanıb
25 SENTYABR
202

“Şahdağ” Turizm Mərkəzində yay mövsümü bağlanıb

“Şahdağ” Turizm Mərkəzi sentyabr ayının 25-dən etibarən 2017-ci il yay mövsümünü bağlı elan edir. “Şahdağ” Turizm Mərkəzində Turizm.fins.az -a verilən məlumata görə sayca beşinci olan bu yay mövsümü ərzində mərkəzə  üz tutan turistlərin sayı  keçən yay mövsümlərindəki rəqəmləri üstələyərək 40 000-dən çox olub. Onların 68%-dən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 83%-dən çoxunu isə ərəb ölkələrindən gələn tursitlər təşkil edib.

Ümumilikdə əcnəbi qonaqların, xüsusilə Səudiyyə Ərəbistan, BƏƏ, Oman, Küveyt və İraq kimi ölkələrdən olan qonaqların nisbətən çoxluq təşkil etdiyi bu mövsümdə ilk dəfə olaraq çoxdan gözlənilən dağ paraşütü hesab olunan paraplan xidməti istifadəyə verilib.

Məlum olduğu kimi, ənənəvi olaraq mərkəzdə qış mövsümünün açılışı dekabr ayının ilk ongünlüyünə təsadüf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır