Turizm sektorunda KSM layihələri – KÖŞƏ YAZISI
26 SENTYABR
333

Turizm sektorunda KSM layihələri – KÖŞƏ YAZISI

Turizm.fins.az Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Elməddin Hacılının “Turizm sektorunda KSM layihələri” adlı yazısını təqdim edir.

Son illərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olub. Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında  4,5 və 8,5 faiz  ortaillik sabit artım müşahidə edilib. Hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı müvafiq olaraq 4,5 və 3,3 faiz təşkil edir.

Korporativ sosial məsuliyyət (KSM) Nəzəri ədəbiyyatlarda KSM anlayışına baxış birmənalı deyil və müxtəlif qurum və şəxslər tərəfindən bu konsepsiya müxtəlif şəkildə izah edilməkdədir. Bütün bu anlayışlar bir-birindən fərqli olsa da, müəyyən məsələlərin izahında eyni mövqedən çıxış edir. Bu təriflər adətən təşkilatın həm cəmiyyət, həm də biznes üçün müsbət davamlı inkişafı təmin etməsi məqsədi ilə öz əsas bizneslərinə sosial, ekoloji və iqtisadi dəyəri necə qatmasına yönəlib. KSM biznes strukturlarının maraqlı tərəflərlə (icmalar, təşkilatlar, bələdiyyələr, təhsil və mədəniyyət ocaqları və s.) qarşılıqlı əlaqədə həyata keçirdiyi,dayanıqlı inkişafa yönələn iqtisadi,ekoloji və sosial tədbirlərin ardıcıl sistemidir. Bu da özünü ilk növbədə biznes qurumunun könüllü sosial investisiya qoyuluşlarına, sosial proqramların icra olunmasına maddi,texnik və digər dəstəyində göstərir.

KSM layihələrinin tətbiqi. Tədqiqatlara görə Azərbaycanda fəaliyyət göstərən turizm yönümül təşkilatlarda korpoartiv sosial məsuliyyət prinsiplərinin və layihələrinin tətbiqi qənaətbəxş deyil. Əksər turizm təşəkilatlarının bu barədə informasiyası yoxdur. Nadir hallarda beynəlxalq hotel şəbəkələrində KSM layihələrinə ayrı-ayrı elmentlərinə  rast gəlmək olar. Iri milli şirkətlərdə KSM fəaliyyətləri olsa da, konkret olaraq onların tərkibində olan turizm şirkətlərində buna rast gəlinmir. Müşahidə və araşdırmalara əsasən turizm yönümlü təşkilatlarda ümumiyyətlə KSM-lə bağlı mövcud problemləri  aşağıdakı kimi ümumiləşdirmək  olar.

  • KSM-lə bağlı  mövcud qanunvericilikdə stumllaşdırcı  müddəaların olmaması;
  • KSM sahəsində təlim və tədrisin qənaətbəxş olmaması;
  • Beynəlxalq təcrübənin kifayət qədər öyrənilməməsi;
  • KSM mədəniyyətinin zəifliyi;
  • KSM sahəsində kadr və mütəxəssis  çatışmazlığı;
  • KSM sahəsində maarifləndirmə işinin zəifliyi və s.
  • Turizm yönümlü təşkilatların bu sahəyə maraq göstərməməsi (xüsusən yerli)

Qeyd edək ki, KSM layihələrinin tətbiqi tez və aydın nəticə vermir və vacib həll olunası problemlərin olduğu bir zamanda, fikri uzunmüddətli perspektivə cəmləşdirmək üçün çoxlu qüvvə sərf etmək tələb olunur. Buna görə də, əgər şirkət KSM prinsiplərinin və layihələrinin tətbiqinə başlayırsa, o zaman bunların necə işlədiyi barədə məlumatın açıqlanmasına hazır olmalıdır. Əgər şirkətin yaxşı adı varsa, o zaman KSM tətbiq edilməsi müştəri bazasını qoruyub saxlamağa köməklik edir, çünki bu gün istehlakçıların seçim imkanları var. Turizm yönümlü təşkilatlar dayanıqlı turizm inkişafını təmin etməsi KSM layihələrini tətbiqi etməklə aşağıdakılara nail ola bilərlər:

  • Turizmin müxtəlif növləri üçün KSM layihələrinin hazırlanması və həyata keçirilməsi fəaliyyətini təkmilləşdirmək ;
  • Azərbaycan haqqında turizm üçün əhəmiyyətli bir ölkə kimi təsəvvür formalaşdırılmaq;
  • Yerli icmalarda turizmlə bağlı maarifləndirmə işlərinin  təşviqi və təşkil etmək;
  • Turizmin sosial yönünün güləndirilmək;
  • Ölkənin beynəlxalq turizm bazarına inteqrasiyası, beynəlxalq turizm münasibətlərinin gücləndirilmək və genişləndirilmək;
  • Turizmin dayanıqlı inkişaf nəzəriyyəsinin hazırlanmaq və s.

Nəticə:Dayanıqlı turizmin inkişafı üçün KSM layihələrini  tətbiqi istiqamətində  turizm yönümlü təşkilatlar üçün aşağıdakı  tövsiyyələr təkilf oluna bilər:

  • Turizm yönümlü təşkilatlar illik hesabatlarını ayrıca olaraq dərc etməlidirlər;
  • Fərqli kurslar vasitəsilə işçiləri maarifləndirmək və öyrətmək vacibdir.Turizmin prioritetlərindən biri müxtəlif təlimlər olmalıdır;
  • Turizm yönümlü təşkilatlar hər yerdə və hər yerdə yerli əhalini işə götürməlidirlər;
  • Turizm yönümlü təşkilatlar KSM layihələrinin icrasında yerli QHT-lərə və icmalara dəstək verməlidirlər;
  • Turizm yönümlü təşkilatlar mədəni sahələrin bərpasına dəstək verməlidirlər.
  • Otel şirkətləri güclü iqlim dəyişikliyi strategiyasını tətbiq etməlidirlər,enerji səmərəliliyi tədbirlərini tətbiq etməlidirlər, üçüncü tərəfin ekoloji sertifikatını almalıdırlar (ISO 140001 və ya ISO 9001 və s.),təhlükəsizlik və təhlükəsizlik səviyyəsini yüksək səviyyədə saxlamalıdırlar;
  • Ali təhsil müəsissələri arasındakı əlaqələri artırmaq və inkişaf etdirmək vacibdir  və s.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır