Turizm şirkətlərinin vahid reyestri nə zaman hazırlanacaq?
05 OKTYABR
148

Turizm şirkətlərinin vahid reyestri nə zaman hazırlanacaq?

Azərbaycanda turizm şirkətlərinin vahid reyestri hazırda parlamentdə ikinci oxunuşda müzakirə olunan “Turizm haqqında” qanunun qəbulundan sonra hazırlanacaq

Turizm.fins.az-ın məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O qeyd edib ki, turizm sektorunun lisenziyalaşdırılmasını bərpa etmək planlaşdırılmır: “Amma reyestr çox vacibdir, çünki bu sektorda bəzən qeyri-peşəkar davrananlar da olur. Biz buna icazə verə bilmərik”.

Ə.Qarayev vurğulayıb ki, reyestr hökumətə turizm şirkətlərini məsuliyyətə cəlb etməyə imkan verəcək ki, onlar müştərilərə daha keyfiyyətli xidmət göstərsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır