Avropa ölkələrindən hansılar daha tez azərbaycanlılara viza verir ?
05 OKTYABR
1073

Avropa ölkələrindən hansılar daha tez azərbaycanlılara viza verir ?

İstər turizm istərsə də təhsillə bağlı Azərbaycan vətəndaşları arasında xarici ölkələrə üz tutanlar olur. Bu zaman ilk atılacaq addım getmək istənilən ölkəyə viza almaqdır. Bəs görəsən azərbaycanlılara ən tez vizanı hansı ölkə səfirliyi verir. Turizm.fins.az-ın bu sualına cavabı Turizm şirkətlərindən birinin outgoing üzrə meneceri Günel Rəhimli cavablandırıb.

G. Rəhimlinin sözlərinə görə əcnəbi ölkəyə getmək istəyən vətəndaşın bütün lazımı sənədləri qaydasında olduğu halda viza imtina alması sıfıra enir. Lakin bəzi hallarda belə viza imtinası alanlar da olur deyə Günel Rəhimli bildirib. Şirkət menecerinin sözlərinə görə digər səfirliklərlə müqayisədə Fransa, Çexiya və nisbətən İtaliya səfrilikləri müraciət edənlərə vizanı daha tez verir. Yalnız İtaliya səfirliyi bəzən viza cavabını gec, gedişə bir gün qalmış verir deyə Günel Rəhimova bildirib. Çətinliklə viza verənlər sırasına isə Macarıstanın adını qeyd etmək olar. Bu ölkənin səfirliyi viza verilməsinə çox həssas yanaşır. Onu da qeyd edək ki, viza imtinası verilən şəxsə səfirlikdən nə üçün imtina verildiyi barədə məlumat verilir.

Eləcə də bax: Vizasız gedə biləcəyimiz Avropa ölkələri – QİYMƏTLƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır