Rixos Qubadan pulsuz kampaniya
07 OKTYABR
2414

Rixos Qubadan pulsuz kampaniya

Qubada fəaliyyət göstərən Rixsos Quba oteli Alma Festivalı ilə əlaqədar olaraq yeni kampaniya başladıb. Turizm.fins.az xəbər verir ki, yalnız bir gün oktyabrn 7-də oteldə qonaq olan şəxslərə suvenirlər hədiyyə olunacaq. Bundan başqa şam yeməyi qonaqlara pulsuz veriləcək. İsveç masası şəklində təqdim olunacaq axşam yeməyində istənilən cür yeməklər təqdim olunacaq. Rixos Quba otelinin dadlı təamlarından dadmaq və  hədiyyələr əldə etmək istəyənlər 012 404 34 34 şəhər nömrələri ilə əlaqə saxlaya bilərlər. Məlumat üçün bildirək ki, Rixos Qubada Alma Festivalı ilə bağlı tədbir artıq bir neçə ildir ki keçirilir. Qeyd edək ki, oteldən festivala nəqliyyat da təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır