“Falcon Luxury Travel” şirkətinin yaranmasının 2-ci ildönümü, həmçinin “B2B-fltworld.com” online bronlaşdırma sistemi ilə bağlı tədbir keçirilib
09 OKTYABR
997

“Falcon Luxury Travel” şirkətinin yaranmasının 2-ci ildönümü, həmçinin “B2B-fltworld.com” online bronlaşdırma sistemi ilə bağlı tədbir keçirilib

2017-ci ilin 07 oktyabr tarixində JW Marriott Absheron Baku otelində “Falcon Luxury Travel” şirkətinin yaranmasının 2-ci ildönümü, həmçinin yeni istifadəsinə başlanılan “B2B-fltworld.com”online bronlaşdırma sisteminin təqdimatı ilə bağlı tədbir keçirilib.

Tədbirdə yerli turizm sənayesinin nümayəndələri və xarici tərəfdaşlar iştirak edib.

“Falcon Luxury Travel” şirkətinin İcraçı direktoru Kəmalə Musayeva tərəfindən şirkətin fəaliyyəti, həmçinin “B2B-fltworld.com”online bronlaşdırma sistemi haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.

Daha sonra şirkətin 2 illik fəaliyyətinə həsr olunmuş video rolik və “B2B-fltworld.com” online bronlaşdırma sisteminin təqdimatı göstərilib.

Təqdimatdan sonra Azərbaycan otellərinin adı çəkilən sistem vasitəsilə dünya bazarına satışa çıxarılması və diğər məsələlər ilə bağlı gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır