“Air Berlin” oktyabrın 28-dən bütün uçuşlarını dayandırır
09 OKTYABR
272

“Air Berlin” oktyabrın 28-dən bütün uçuşlarını dayandırır

Almaniyanın ikinci ən böyük aviaşirkəti olan “Air Berlin” bu il oktyabrın 28-dən bütün uçuşlarını dayandıracaq.

Turizm.fins.az-Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl müflisləşmə prosedurunu işə salmış şirkətin satışı ilə bağlı danışıqlar yaxın günlərdə başa çatacaq.

Bununla belə, “Air Berlin”in törəmə şirkətləri “Niki” və “LG Walter”in aviadaşımaları davam edəcək.

Qeyd edək ki, “Air Berlin”in satın alınması ilə bağlı “Lufthansa” və “EasyJet” şirkətləri ilə danışıqlar aparılır. Şirkətin satışı 250-350 milyon gəlir gətirə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır