Bu ölkə 12 dövlətdə viza mərkəzini bağladı
10 OKTYABR
1095

Bu ölkə 12 dövlətdə viza mərkəzini bağladı

Yeni Zelandiya hökuməti 12 ölkədə viza mərkəzlərini bağlayacaq. Bu ölkələr arasında Rusiya da yer alıb. Turizm.fins.az Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb Yeni Zelandiyanın immiqrasiya texnalogiyalarına investisiya yatırmasıdır. Artıq bu ölkəyə səfər etmək istəyənlərin 50%-dan çoxu viza almaq üçün məhz online müraciət edir. Bağlanacaq viza mərkəzləri isə Xoşomin, Honkonq, Cakarta, Bankok, Moskva, Nyu-Dehli, Pretoriya və Şanxaydakı mərkəzlərin işini dayandırması gözlənilir. Həmçinin Manila, Vaşinqton, London və Dubaydakı ofislərinin də bağlanacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır