Əbu Dabi-Bakı reysi bu tarixdən uçacaq
11 OKTYABR
192

Əbu Dabi-Bakı reysi bu tarixdən uçacaq

"Etihad Airways" aviaşirkəti 2018-ci il martın 2-dən Əbu Dabi-Bakı reysi ilə uçuşlara başlamağı planlaşdırır.

Reyslər həftədə 3 dəfə - çərşənbə, cümə və şənbə günləri Airbus A320 təyyarələri ilə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Birləşmiş Ərəb Əmirliklərindən Bakıya uçuşlar iki aviaşirkət "flydubai" və "Air Arabia" tərəfindən həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır