Shopping Festival ƏDV-nı qaytaracaq banklar – SİYAHI
12 OKTYABR
422

Shopping Festival ƏDV-nı qaytaracaq banklar – SİYAHI

II Bakı Ticarət Festivalı zamanı ƏDV-lər 7 bank tərəfindən qaytarılacaq.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini deyib: "II Ticarət Festivalı zamanı ƏDV-ləri qaytaracaq bankların sayı 7-ə çatacaq. Bu prosesə daha 2 bank qoşulub - Azərbaycan Beynəlxalq Bankı və "Azər Turk Bank".

Nazir müavinin sözlərinə görə, I Ticarət Festivalı zamanı ƏDV-lər 5 bankın filiallarında həyata keçirilib - "Kapital Bank", "PASHA Bank", "Yapi Kredi Bank Azerbaijan", "Bank Silk Way" və Azərbaycan Sənaye Bankı.

Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır