Yeni İldə Moskva otelləri – QİYMƏTLƏR
13 OKTYABR
602

Yeni İldə Moskva otelləri – QİYMƏTLƏR

Artıq Yeni İl bayramına bir neçə ay qaldı. Ölkə vətəndaşları arasında bəziləri bu bayramı ölkə daxilində qeyd etməyə üstünlük versə də bəziləri bu bayramı xarici ölkələrədə keçirməyə üstünlük verir. Yeni İldə isə azərbaycanlıların ən çox üz tutduğu şəhərlərdən biri də Moskvadır. Bunu nəzərə alaraq Turizm.fins.az 29 dekabr 2 yanvar tarixlərində Moskvada otellərində qiyməti öyrənib.

Matreşka otel

3 ulduzlu otel şəhər mərkəzində MUM ticarət mərkəzinin yaxınlığında yerləşir. Otel klassik formada dizayn edilib. Mehmanxanada səhər yeməyi İsveç masası formasında verilir. Oteldə bir nəfərlik otaqda  4 gecə qonaqlama 389 manatdır. Səhər yeməyi üçün isə əlavə 15 manat ödəmək lazım olacaq. İki çarpayısı və ya iki nəfərlik çarpayısı olan nömrədə bir nəfərin qonaqlaması isə 714 manatdır bu qiymətə səhər yeməyi də daxildir.

Vosxod otel

Moskvanın şimal hissəsində yerləşir. Vosxod iki ulduzludur. Mehmanxana Vladikino metrostansiyasının yaxınlığında yerləşir. Ucuz otaqlar bron edənlər üçün  tualet və vanna otaqları ümumidir. Hər səhər oteldə İsvaç masası şəklində müştərilərə səhər yeməyi təklif olunur. Hər axşam milli rus mətbəxinə məxsus yeməklər verilir. Mehmanxana da bir nəfərin 4 gecə 5 gün qonaqlaması 169 manatdır. Luks otaqda bir nəfərin 4 gecə 5 gün qalması isə 337 manatdır. Qeyd edək ki otel iki ulduzla təsnif olunub.

Turist Ekonom otel

İki ulduzlu otel Moskva Botanika bağı yaxınlığında yerləşir. Otelin böyük bağı var. Səhər yeməyi qonaqlara İsveç masası şəklində verilir. Oteldə qonaqlama qiymətlərinə gəlincə isə 4 gecə 5 gün iki nəfərlik otaqda bir nəfərin qonaqlaması 202 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. 3 nəfərlik otaqda bir nəfərin qonaqlaması isə 359 manatdır. Bu qiymətə də səhər yeməyi daxil olunub.

Kosmos otel

İki ulduzlu otel şəhər mərkəzindən bir qədər aralı da yerləşir. Mehmanxana da 11 ədəd restoran və kafe fəaliyyət göstərir. Oteldə Rus və Avropa mətbəxlərinə məxsus xüsusi yeməklər verilir. Bundan başqa Empress Hall restoranında Çin, Gusto restoranında isə Amerika mətbəxinə məxsus yeməklər verilir. 29 dekabrdan 2 yanavara kimi oteldə bir nəfərin qonaqlaması 367 manatdır. Göstərilən tarixlərdə lüks nömrədə bir nəfərin qonaqlaması isə 1074 manatdır.

Grand otel Marriott

5 ulduzlu otel, Moskva şəhərinin mərkəzində Tverskaya metrostansiyasının yaxınlığında yerləşir. Mehmanxanada 24 saat idman zalı və spa xidmətləri fəaliyyət göstərir. Otelin Grand Aleksandr və Samobranka restoranlarında Avropa mətbəxlərinə məxsus yeməklər verilir. Bir nəfərin 4 gecə 5 gün oteldə qonaqlaması 1433 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. Deluks otaqda bir nəfərin qonaqlaması isə 1584 manatdır.

Məlumat üçün bildirək ki Yeni il üçün qonaqlamaq istədiyiniz oteli indidən bron etmək daha məqsədə uyğun hesab olunur. Əks təqdirdə boş otaq olmaya bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır