Azərbaycanlılar qış mövsümündə ən çox bu ölkələrə səfər edirlər
13 OKTYABR
312

Azərbaycanlılar qış mövsümündə ən çox bu ölkələrə səfər edirlər

Artıq qış mövsümü yaxınlaşır. Səyahəti sevənlər isə nəinki yayda həmçinin qışda da səfərə çıxırlar. Bəs azərbaycanlıların qış mövsümündə ən çox səfər etdikləri ölkələr hansılardı. Turizm.fins.az-ın bu sualına cavabı Turizm.az şirkətinin meneceri Ülfanə Mahmudova cavablandırıb.

Ü.Mahmudovanın sözlərinə görə ötən illərdə olduğu kimi bu qış da azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamət BƏƏ-nin Dubay şəhəri olub. Yeni İl tarixlərində artıq çox sayda yerlərin rezarvasiya olunduğu bildirildi.

Ülfanə Mahmudova artıq qış mövsümündə yerli turistlərimizin yeni istiqamətlərə də səfər etdiklərini söylədi. Hazırda Tayland belə istiqamətlərdən biridir. Əvvəllər də bu ölkəyə gələn azərbaycanlılar olsa da indi bu sayda nəzərə çarpacaq dərəcədə artımın olduğu bildirildi. Bundan başqa digər Cənub Şərqi Asiya ölkələrinə də marağın xeyli artdığı bildirilir.

Avropa istiqamətində isə azərbaycanlılar daha çox Laplandiyaya səfər edirlər deyə Ü. Mahmuvova bildirib. O bu istiqamətdə daha çox ailəli cütlüklərin getdiyini bildirdi.

Ülfanə Mahmudova Buta Airways Sankt-Peterburq və Moskva istiqamətində 129 manat satılan biletlərinə də böyük tələbin olduğunu bildirdi. Hazırda bu istiqamətdə biletlərin 300 manatdan çox olduğu qeyd olundu.

Yuxarıda sadalanan istiqamətlərə nisbətən, az Türkiyə və Gürcüstanda yerləşən dağ-xizək kompleksləri tələblərin olmasıdır. Belə ki, Gürcüstan qış istirahət komplekslərinə səfər edənlərin əsasən başqa istiqamətdə boş yer əldə edə bilməyən də və öz maşını ilə səfər edənlərin bu istiqamətdə seçim etdikləri bildirildi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır