Kassir oteldən 15 min dollar pul oğurluyub – AZƏRBAYCANDA
13 OKTYABR
445

Kassir oteldən 15 min dollar pul oğurluyub – AZƏRBAYCANDA

Qəbələ rayonunda yerləşən “Qafqaz Qəbələ City Hotel”dən oğurluq olub.

Fins.az-ın Report-a istinadən verdiyi xəbərə görə, otelin kassasından 15 min ABŞ dolları oğurlanıb.

Polisin araşdırması nəticəsində otelin kassasından pul oğurlayan şəxsin oteldə işləyən 1986-cı il təvəllüdlü Ruslan Rəsulov olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb.

Məlum olub ki, o, müxtəlif vaxtlarda otelin kassasından 15 min dollar oğurlayıb.

Qeyd edək ki, R.Rəsulov oteldə əvvəllər kassir köməkçisi, daha sonra kasir əvəzi işləyib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır