Lənkəranda gənclər üçün xüsusi təlim və tədbir keçirilib
16 OKTYABR
357

Lənkəranda gənclər üçün xüsusi təlim və tədbir keçirilib

“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ermənistanın məhv etdiyi və tarixini saxtalaşdırdığı abidələrimiz haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində 13-14-15 Oktyabr 2017-ci il tarixində Lənkəran rayonunda 3 günlük tədbir həyata keçirdib. Tədbirin 2 günü təlim formatında, 1 gün isə Astara və Lənkəran rayonlarının tarixi abidələrinə ekskursiya edilərək yekunlaşıb.  

Tədbirdə ölkə üzrə 16 rayonu təmsil edən 21 nəfər KİV, QHT, dövlət orqanı əməkdaşları və digər  ictimai-fəal gənclər, Ekspertlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Akif Quliyev, Xəqani Alməmmədov, Online media üzrə müstəqil təlimçi İlham Məmmədli və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri, layihə rəhbəri Vamiq Babayev açılış nitqində layihənin donoru və təşkilat haqqında, layihə və onun məqsədləri barədə, eləcə də Ermənistanın işğalçılıq siyasəti nəticəsində tarixi abidələrimizin vəhşicəsinə dağıdılması və tarixinin saxtalaşdırılması ilə bağlı qısa məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Dəvət olunmuş ekspertlərdən Xəqani Alməmmədov Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə arxeoloji, memarlıq abidələri və Qarabağda aparılmış son arxeoloji tədqiqatlarla bağlı, digər ekspert Akif Quliyev isə Qarabağ xanlığının pul dövriyyəsi və mövzu ətrafında digər məlumatları iştirakçılara çatdıraraq geniş müzakirələr aparıbar. Təlimçilər tərəfindən işğal altında olan abidələrin online bazası ilə tanışlıq, İKT və media, İKT amilinin beynəlxalq münsibətlər sisteminə təsiri, bloqların yaradılması və idarə edilməsi, Wikipediyadan istifadə, yeni məqalələrin yaradılması ilə bağlı məlumatlar verildi və layihə məqsədlərinə uyğun qrup işləri təşkil edilib. Təlimin sonunda nəticə olaraq iştirakçılar qruplar şəklində Ermənistan tərəfindən məhv edilmiş və tarixi saxtalaşdırılmış abidələrimizlə bağlı hazırladıqları 10-dan çox məqalələri ingilis və rus dillərinə tərcümə edərək İKT resurslarında yerləşdirilib. Təlim bitdikdən sonrakı gün Astaranın Ərçivan kəndindəki Məhəmməd Hənəfiyyə məscidi (XIX əsr), qədim hamam (1806-cı il), Ləm (1906-cı il), Yanar bulaq, Lənkəran şəhərində Dairəvi qala (1747-ci il), Həzi Aslanovun ev muzeyi, Xan evi-Lənkəran Tarix Diyarşünaslıq muzeyi (1913-cü il), Heydər Əliyev xatirə parkına  ekskursiya təşkil edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır