Nazir müavini: "Azərbaycanda turizm şirkətlərinin sayı fantastik həddə çatıb"
18 OKTYABR
352

Nazir müavini: "Azərbaycanda turizm şirkətlərinin sayı fantastik həddə çatıb"

"Bu ilin 9 ayı ərzində Azərbaycanda daxili və xarici turistlərin sayı 3,5 milyon nəfər təşkil edib".
Turizm.fins.az-ın APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.
N. Səmədov bildirib ki, bu il ərzində Azərbaycana 2 milyon 271 min nəfər xarici vətəndaş gəlib: "Gələn turistlərin sayında artım daha çox Rusiya, İran və ərəb ölkələri üzrə müşahidə olunub. Bu il daxili turizm sahəsində 20 faiz artım olub. Yalnız iyun-avqust aylarında regionlarda 860 min nəfər istirahət edib".

N. Səmədov qeyd edib ki, bu ilin ilk 8 ayı ərzində xarici vətəndaşlar ölkədə bank kartları vasitəsilə 703 milyon manat ödəyiblər: "Ötən il ərzində isə bu məbləğ 603 milyon manat təşkil edib. Ümumi hesablamalara görə, xarici vətəndaşlar ölkədə ümumilikdə 1,3 milyard manat xərcləyiblər. Bir məsələni də qeyd etmək istərdim ki, Azərbaycanda turizm şirkətlərinin sayı fantastik həddə çatıb. Artıq onların sayı 1441-dir. Amma nazirlik onlardan hansının aktiv və passiv olduğunu bilmir. Turistlər şirkətlərdən mütləq müqavilə tələb etməlidirlər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır