Azərbaycandan Rusiyaya kruizlə getmək mümkün olacaq
18 OKTYABR
527

Azərbaycandan Rusiyaya kruizlə getmək mümkün olacaq

Azərbaycan Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb.

Turizm.fins.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.

O bildirib ki, bu məsələ ilə bağlı ən böyük problem laynerlərin olmamasıdır:

"Hazırda Rusiya tərəfindən 2 layner tikilir. Artıq Rusiya ilə şifahi də olsa, razılıq əldə edilib ki, iki ölkə arasında belə bir kruiz təşkil edilsin".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır