"Buta Airways"- biletlərin geri qaytarılması və dəyişdirilməsi - QAYDALAR
19 OKTYABR
570

"Buta Airways"- biletlərin geri qaytarılması və dəyişdirilməsi - QAYDALAR

"Buta Airways" aviaşirkəti sərnişinlərə baqajın daşınması, biletin maksimal  müddəti, habelə dəyişdirmə və qaytarılma şərtləri ilə fərqlənən iki tarif - "Büdcə" və "Standart" tarifləri üzrə aviabiletlər təklif edir.

Turizm.fins.az xəbər verir ki,"Büdcə" tarifi üzrə aviabiletlər, məcburi geri qaytarılma halları istisna olmaqla, qaytarıla və ya dəyişdirilə bilməz

"Standart" tarifi üzrə alınan aviabiletləri uçuşdan əvvəl,aviabiletin ilkin dəyərinin 50 faizi tutulmaqla, dəyişdirmək və geri qaytarmaq mümkündür .

Alınan aviabiletin qaytarılması üçün 012 493 14 14 telefon nömrəsi və yaxud [email protected]elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət etmək lazımdır. Əgər aviabileti turizm şirkəti və ya agentlikdə almısınızsa, o zaman aviabiletin qaytarılması üçün müvafiq turizm agentliyinin kassasına müraciət etmək lazımdır. Aviabiletin bronlaşdırılması üçün kredit və ya debet kartı vasitəsilə ödəniş etdikdə vəsait 30 iş günü ərzində karta geri qaytarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır