Azərbaycan vətəndaşları bu ölkəyə elektron viza ilə gedə biləcəklər
19 OKTYABR
715

Azərbaycan vətəndaşları bu ölkəyə elektron viza ilə gedə biləcəklər

Azərbaycan daxil olmaqla 25 ölkənin vətəndaşları artıq elektron turist vizası ilə Omana səfər gedə biləcəklər.

Turizm.fins.az Report-a istinadən xəbər verir ki, bu ölkələr arasında İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, bir neçə Cənubi Asiya ölkəsi, Latın və Mərkəzi Amerika ölkələri yer alıb.
Qaydalara görə, ərizəçi istifadə müddətinin başa çatmasəna 6 aydan az qalmayan pasporta malik olmalıdır, müraciət edən zaman ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və Şengen zonası ölkələrində rezident və ya həqiqi viza sahibi olmalıdır, hər iki tərəfə bileti olmalıdır və ölkədə hoteli bronlaması barədə təsdiqə sahib olmalıdır.

Məlumata görə, Omana elektron turist vizasının sahibinin həyat yoldaşı və uşaqları da vizadan istifadə edə bilərlər.

Qeyd edək ki, Omana bir aylıq viza 20 Oman rialı (təxminən 88 manat) dəyərindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır