Azərbaycanlılar Avropada ən çox bu şəhərə gedirlər
20 OKTYABR
1229

Azərbaycanlılar Avropada ən çox bu şəhərə gedirlər

Ölkəmizə çoxlu sayda turist gəldiyi kimi Azərbaycandan da yerli turistlər başqa ölkələrə səfər edirlər. Azərbaycanlı turistlərin ən çox səfər etdikləri İstanbul və Dubay şəhəri ilə yanaşı Avropada da müəyyən şəhərlər var ki, səfər edirlər. Turizm.fins.az-a Online tarveldən verilən məlumata görə, Avropa şəhərləri arasında yerli turistlərimiz daha çox  Praqa və Budapeştə səfər edirlər. Online travel şirkətinin outgoing üzrə meneceri Leyla Zeynalova ölkəmizdən bu istiqamətdə Wizz Air-in uçuşlar etdiyinə görə biletlərin daha ucuz olduğunu bildirdi.  L. Zeynalova son zamanlar İtaliyanın Verona və Venesiya şəhərlərinə də səfərlərin çoxaldığını bildirdi.

Digər bir turizm şirkəti Fly.az-ın meneceri Sənan Qasımov da azərbaycanlı turistlərin Avropada daha çox Budapeştə səfər etdiklərini bildirdi. Bundan başqa bir qrup insanın Fransa paytaxtı Parisə turlarla da maraqlandıqlarını söylədi.

Sənan Qasımov Budapeştə marağın olmasına səbəbin hazırda bu istiqamətə biletlərin 400-500 manat arasında dəyişdiyini və bunun da yerli səyyahlarımızın marağını cəlb etdiyini qeyd etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır