Rusiya Gürcüstanla viza rejimini ləğv edə bilər
31 OKTYABR
248

Rusiya Gürcüstanla viza rejimini ləğv edə bilər

 Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini qarşılıqlı əsasda ləğv edilə bilər.

Fins.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"Gələcəkdə qarşılıqlı əsasda vizasız rejimin tətbiq oluna biləcəyini istisna etmirik. Buna doğru irəliləməyin çətin olması isə başqa söhbətin mövzusudur. Hər şeydən əvvəl daima diplomatik münasibətlərin olmaması maneəçilik törədir. Bildiyiniz kimi, münasibətlər Tbilisinin təşəbbüsü ilə dayandırılıb", - deyə o əlavə edib.

Nazir müavini qeyd edib ki, müvafiq qərarın qəbulu zamanı transsərhəd təhlükələrin artdığını, eləcə də terror və qeyri-leqal miqrasiya məsələlərini nəzərə almaq lazımdır.

Karasin Rusiyanın Gürcüstan tərəfinə aviaheyət üzvləri üçün vizasız rejimin tətbiqinə dair konkret təkliflər təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır