Bu aviaşirkət təyyarə sərnişinlərini yükü ilə birlikdə çəkəcəklər
01 NOYABR
481

Bu aviaşirkət təyyarə sərnişinlərini yükü ilə birlikdə çəkəcəklər

Finnair aviaşirkəti sərnişinlərinin çəkisini ölçəcək. Turizm.fins.az yerli Metropolitan dərgisinə istinadən xəbər verir ki, adı çəkilən aviaşirkət 2017-ci ilin noyabr ayından etibarən yüklə bərabər sərnişinlərin çəkisini də ölçəcək. Bu günə kimi Finnair Avropa aviasiya təhlükəsizlik (EASA) agentliyinin 2009-cu ildə qəbul etdiyi standartlarla çalışıb.

Araşdırmalara görə kişi sərnişin baqajı ilə birlikdə orta hesabla 88 kq qadın sərnişinlər isə yükü ilə birlikdə orta hesabla 70 kq təşkil edir. 12 yaşa qədər uşaqlar isə 35 kq təşkil edir. Şirkətdən əminliklə bildirirlər ki, bu göstəricilər hazırki standartlara uyğun deyil. 2012-ci ilin statistikasına görə orta hesabla fin kişisinin çəkisi 80.5 kq fin qaının çəkisi isə 70.4 kq təşkil edir. Müqayisədə asiyalı sərnişinlərdaha az çəkili olurlar. Lakin qışda sərnişinlərin qalın geyim geyinməsi həmçinin bu ölkədən müxtəlif əşyalar alıb aparması və sbu kimi hallar çəkini bi qədər də ağırlaşdırır. Qeyd edək ki, Finnair əl yükünü 8 kq -dan artıq olmasına icazə vermirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır