Türkiyə "all inclusive" sistemindən imtina edə bilər
01 NOYABR
513

Türkiyə "all inclusive" sistemindən imtina edə bilər

Türkiyə Ticarətçı və Sənətkarlar Konfederasiyasının (TESK) sədri Bendevi Palandökən yerli hotellər üçün "hər şey daxil" (all inclusive) sisteminin ləğv olunması təklifi ilə çıxış edib. Turizm.fins.az Türkiyə mediasına istinadən xəbər verir ki,"hər şey daxil" sistemindən ən çox Rusiya və Almaniya turistlərinin istifadə etdiyi qeyd olunur. Bu sistemin tətbiqi nəticəsində turistlərin otel ərazisini tərk etmədiyi və gün ərzində 3 dəfə yeməklərini buraxmaq istəmədikləri bildirilir. Bunu nəticəsi olaraq, bir çox turist hava limanından otelə və ya əksinə hərəkət edərək ölkəni tərk edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır